Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdilər

XARİCİ SİYASƏT 29 sentyabr 2024, 09:31
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində venesuelalı həmkarı İvan Xil Pinto ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici siyasət idarəsinin mətbuat xidməti bildirib.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Venesuelanın xarici işlər naziri İvan Xil Pinto Azərbaycan və Venesuela arasında müxtəlif sahələrdə ikitərəfli və çoxtərəfli münasibətləri, o cümlədən COP29 çərçivəsində əməkdaşlığı müzakirə etmək üçün BMT Baş Assambleyası çərçivəsində görüşüblər”, – XİN-in sosial şəbəkə hesabında qeyd olunub.

Xatırladaq ki, xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində belaruslu həmkarı Maksim Rıjenkov ilə görüşüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top