Hazırda paytaxtın müxtəlif küçə və prospektlərində yerləşən təhsil ocaqlarının yaxınlığında yollarda sıxlığın yaranmaması məqsədilə tədbirlər görülür.
Bu barədə Demokrat.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Qeyd edilir ki, mərkəzin gücləndirilmiş iş rejimində çalışan əməkdaşları yol polisi ilə mütəmadi əlaqədədir.