Overçuk: "2020-ci il razılaşmaları əsasında İrəvanla Bakı arasında marşrutların açılması mümkündür

GÜNDƏM 14 sentyabr 2024, 16:25

"Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılması 9 noyabr 2020-ci il tarixli razılaşmalar çərçivəsində mümkündür".

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk brifinqdə çıxışı zamanı deyib.

"Bildirmək istəyirəm ki, kommunikasiyaların açılması üç dövlətin (Ermənistan, Azərbaycan və Rusiya - red.) liderlərinin əldə etdiyi və 9 noyabr 2020-ci il tarixli birgə bəyanatda əksini tapmış razılaşmalar çərçivəsində mümkündür. Bildiyiniz kimi, Rusiya həmişə bu prosesə qoşulmağa və kömək etməyə hazırdır", - deyə o bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top