Qusarda icra başçısı Qod Nisanovun əmrlərini yerinə yetirir — VİDEO (FOTOLAR)

GÜNDƏM 13 sentyabr 2024, 18:06

Qusarda bir qrup sahibkara qarşı səlib yürüşünə başlanıb. Söhbət Qusar rayonu, Samur qəsəbəsi, “Samur” Gömrük-Sərhəd Buraxılış Məntəqəsi yaxınlığında fəaliyyət göstərən sahibkarlardan gedir.

Sahibkarla Vətəninfo.az-a müraciət edərək çətin duruma düşdüklərini dilə gətiriblər. Sahibkarlar iddia edir ki, onların sahibkarlıq fəaliyyətini həyata keçirdikləri ərazi Rusiya yaşayan iş adamı Qod Nisanovun xoşuna gəlib.

İş adamı sahibkarlarla  deyil, icra başçısı Sahir  Məmmədxanovla razılaşmaya gedərək sahibkarlara təzyiq edir. Sahibkarların sözlərinə görə bir neçə gündür ki, onların qanuni mülkiyyətində olan iaşə obyektlərinin işığı və qazı kəsilib. Artıq icra başçısının göstərişi ilə bu obyektlərə dünəndən su da verilmir. Sahibkarlar bildirir ki, onlara qarşı təziqlərin arxasında Rusiyada yaşayan iş adamı Qod Nisanov və onunadamları durur. Bundan əlavə iş adamları bildirir ki, Qod Nisanovun himayəçisi rolunda isə icra başçısı Sahir  Məmmədxanov və rayonun məmurları var.

“Turist” kafesinin sahibiTalıbov Ramin Rodin oğlu, “Ukraina” kafesinin sahibi Səlimov Teymur İkram oğlu, “Rossiya” kafesinin sahibi Xəlilov Hikmət Nəsrəddin oğlu ən çox təziq edilən sahibkarlardır. Onlara öz mülkiyyətlərindən imtina etmək üçün vaxt verilib. Bir sözlə icra başçısı Sahir  Məmmədxanov və əlaltıları birləşərək sahibkarlara divan tutur.

Mövzuya qayıdacayıq.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top