“Axı sən Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edibsən” — Lukaşenkodan Paşinyana mesaj

DÜNYA 12 sentyabr 2024, 22:15
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, son illər Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisələrə görə günahı Ermənistan rəhbərliyi daşıyır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu o, Belarusda yaşayan müxtəlif millətlərin nümayəndələri ilə görüşündə deyib.

“Qarabağda baş verənlər isə təkcə Ermənistan rəhbərliyinin günahıdır, mən şəxsən onlara (Ermənistan hakimiyyətinə - red.) xəbərdarlıq etmişəm: əraziləri onlara (Azərbaycana – red.) ver. Üstəlik onlar (Ermənistan – red.) etiraf ediblər ki, bu “bizim ərazilər deyil. Bəli, bu bizim ərazilər deyil, Azərbaycanındır. Lakin biz verməyəcəyik, döyüşəcəyik”, – o vurğulayıb.

Belarus lideri qeyd edib ki, o, İrəvanla Bakı arasında problemin sülh yolu ilə həllinə çağırıb.

“Sonra [Paşinyan] Putindən xahiş etdi. Biz artıq ikimiz Paşinyandan istəməyə başladıq: “Problemi həll et”.

Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan buna belə cavab verib: “Xeyr, döyüşəcəyik”.

“Döyüşüb dincəldilər. Sonra Rusiyaya və ya hələ bizə acıqlanmağın adı nədir?Axı sən özün Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edibsən”, – dövlət başçısı bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top