İsveçin miqrasiya məsələri üzrə sabiq naziri Mariya Malmer Stenerqard yeni xarici işlər naziri təyin edilib.
Demokrat.az xəbər verir ki, bunu Baş nazir Ulf Kristersson çərşənbə axşamı parlamentin açılışında yenilənmiş kabineti təqdim edərkən deyib.
"Hökuməti çox yaxşı tamamlayacaq iki yeni nazir olacaq. Mariya Malmer Stenerqard xarici işlər naziri təyin ediləcək", - deyə o söyləyib.
Qeyd edək ki, Baş nazir, həmçinin Cessika Rozenkrantzın Aİ işləri üzrə yeni nazir təyin edildiyini açıqlayıb.
Xatırladaq ki, sentyabrın 4-də İsveçin sabiq xarici işlər naziri Tobias Billström istefa verdiyini açıqlayıb.
Mehriban Mirzəzadə
Demokrat.az