Qarabağ Universitetində dərslər nə vaxt başlayacaq?

GÜNDƏM 10 sentyabr 2024, 11:44
Qarabağ Universitetinə qəbul olan tələbələrin yerləşdirilməsi prosesinə sentyabrın 15-16-dan başlanılacaq. 

Demokrat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı deyib. 

O bildirib ki, Universitetdə ilk tədris ili olduğu üçün birinci həftə tanışlıq həftəsi olacaq, tədris isə sentyabrın 23-dən etibarən başlayacaq. 

Bu oxşar təcrübə Türkiyə-Azərbaycan Universitetində də tətbiq olunacaq:

“Əlavə təqaüdlərlə bağlı tələbələrin qeydiyyatının başa çatmasını gözləyirik. Artıq 99 faiz tələbənin qeydiyyatı başa çatıb, imtina yoxdur. Tələbələrin hər biri təqaüdlə təmin olunacaq. Tədris ili başladıqdan sonra tələbələrə 100-150 manat arasında əlavə təqaüdlər veriləcək. Eyni zamanda, bəzi özəl şirkətlər də prosesə qoşularaq tələbələrə əlavə təqaüdlərin verilməsi təşəbbüsünü göstəriblər”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 19:27
Top