Paşinyan: Bakı ilə sülh sazişində 13 maddə və ön söz razılaşdırılıb

REGİON 10 sentyabr 2024, 11:02
Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsində 13 maddə və preambula tam razılaşdırılıb.

Dmokrat.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan “İrəvan dialoqu” forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 16 maddədən üçü qismən razılaşdırılıb.

Baş nazir hesab edir ki, bu, təsdiqlənmiş sənədə malik olmağa və ona uyğun irəliləməyə imkan verəcək.

O qeyd edib ki, Cənubi Qafqazda sülh nəinki mümkündür, həm də realdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 19:27
Top