Azərbaycanda mərkəz direktoru cərimələndi — FOTO

SOSİAL 09 sentyabr 2024, 17:40
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Caləlov cərimələnib.

Demokrat.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Mirələm Caləlova İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazıb.

Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Mirələm Cəlalov dövlət qurumunun qərarında məhkəməyə şikayət verib. Onun şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılacaq. İş hakim Elməddin Hüseynovun icraatındadır.

Mirələm Cəlalov Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 2023-cü ildən rəhbərlik edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 sentyabr 2024, 09:25
17 sentyabr 2024, 08:41
Top