Azərbaycanda uşaqlar hansı cinayətlərə görə məhkum edilir?

SOSİAL 09 sentyabr 2024, 16:00
Azərbaycanda ötən il 494 nəfər 14-17 yaşında olan uşaq cinayət törədib.

Demokrat.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, onlardan 310 nəfəri məhkum olunub.

Cinayət törədən uşaqların sayında artım qeydə alınıb. Belə ki, 2020-ci ildə 388 uşaq, 2022-ci ildə isə 433 uşaq cinayət törədib.

Ötən il cinayət törədən şəxslərin 2 faizini 14-17 yaşlı uşaqlar təşkil edib. 

Uşaqlar əsasən qəsdən sağlamlığa ağır zərər vurma, soyğunçuluq, qəsdən adam öldürmə və adam öldürməyə cəhd, oğurluq, zorlama və zorlamaya cəhdə görə məhkum edilib. (Modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 sentyabr 2024, 09:25
17 sentyabr 2024, 08:41
Top