Köməksiz vəziyyətdə qalanlar belə xilas edildi — VİDEO

HADİSƏ 08 sentyabr 2024, 10:00
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu ərazisində doqquzmərtəbəli yaşayış binasında 1, Yasamal rayonu ərazisində doqquz və yeddimərtəbəli yaşayış binalarında 2 ünvanda liftdə, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində isə 2 azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

Bu barədə Demokrat.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatlarla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si azyaşlı olmaqla ümumilikdə 7 nəfər xilas edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top