Apendisit əməliyyatından sonra ölən Aytənin FOTOSU

SOSİAL 07 sentyabr 2024, 09:23

Zərdabda 18 yaşlı Qarayeva Aytən Ramil qızı cərrahiyyə əməliyyatından sonra vəfat edib.

Demokrat.az xəbər verir ki, bu barədə Zərdab.com saytı məlumat yayıb.

Hadisənin Zərdab Rayon Mərkəzi Xəstəxanasında baş verdiyi bildirilib. Belə ki, rayonun Qoruqbağı kənd sakini A. Qarayeva əməliyyatdan sonra özünü narahat hiss edib və o, Zərdab Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ağır vəziyyətdə apendisit əməliyyatı olunan xəstənin vəziyyəti daha da pisləşib. Yaxınları səhər saatlarında onu Bakıdakı xəstəxanalardan birinə gətirmək istəsələr də, həyatını xilas etmək mümkün olmayıb.

 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 oktyabr 2024, 11:58
13 oktyabr 2024, 10:44
Top