Məhərrəm ayı son çatmaq üzrədir. Bir neçə gündən sonra şadlıq saraylarının qapısı qonaqların üzünə açılacaq. Müqəddəs ayın bitməsi ilə əlaqədar qızıl mağazalarında da canlanma müşahidə olunur. Bəs, qiymətli metalın qiymətində necə, artım gözlənilirmi?
İqtisadçı ekspert Rəşad Həsənov Demokrat.az-a açıqlamasında qızılın qiyməti ilə bağlı proqnozunu bölüşüb:
“Təbii ki, qeyri-mövsüm dövründən sonra artan tələb fonunda canlanan bazarda qiymətlərdə də artım istiqamətli meyillər güclənəcək. Bu, xüsusilə zinyət əşyası olaraq satılan qızılda müşahidə ediləcək. Bununla belə qiymətə təsir göstərən digər faktorların da dinamikası son nəticəyə təsir edir. Buraya dünya bazarında qızılın qiymətinin dəyişmə istiqaməti, əhalinin alıcılıq gücü və digər məqamlar daxildir. Hesab edirəm ki, bu faktorlar qiymətli metalın qiymətinə təsirsiz ötüşməyəcək. Artımın nə qədər olacağını demək bir qədər çətindir, çünki birjalarda qiymətlər tez-tez dəyişir. Hər bir halda yaxın vaxtlarda qızıl almaq istəyənlər qiymətlərdə dəyişiklik görə biləcəklərini nəzərə almalıdırlar”.
Törə Zeynallı
Demokrat.az