Muxtar Babayev: COP29-a hazırlıq işləri sürətlə davam edir, lazımi tədbirlər görülür

COP29 03 sentyabr 2024, 10:31
Bu il Bakıda keçiriləcək COP29-a hazırlıq işləri sürətlə davam edir, lazımi tədbirlər görülür.

Demokrat.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan böyük bir forumun ev sahibi kimi Bakı Beynəlxalq İqlim Şəffaflığı Platformasını təklif edib:

"Təşəbbüsü Azərbaycan tərəfi irəli sürüb. Bununla da çox ciddi məsələlərin müzakirəsi üçün şərait yaradılacaq. Azərbaycan iqlim şəffaflıq hesabatının hazırlanmasında digər ölkələrə köməklik göstərilməsini təşkil edir. Artıq bizim təlimlər keçirilib. Növbəlilik Afrikada və digər ölkələrdə olacaq".

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2024, 17:48
15 sentyabr 2024, 16:16
Top