Qərb xırda dezinformasiyalar yaymaqla Azərbaycanı haqq yolundan döndərə bilməz — Müşfiq Ələsgərli

GÜNDƏM 30 avqust 2024, 17:44
Azərbaycan dezinformasiyadan zərərçəkən ölkələr sırasındadır. Dezinformasiyanın özü şüurlu şəkildə istehsal olunub ölkələrə ötürülən informasiyadır. 

Bu sözləri Demokrat.az-a açıqlamasında media eksperti Müşfiq Ələsgərli deyib. O bildirib ki, dezinformasiya ölkələrdə çaşqınlıq, hakimiyyət və xalq arasında etimadsızlıq yaratmaq üçün istifadə edilir:

“Bununla bağlı 2-ci Şuşa Qlobal Media Forumunda cənab Prezident İlham Əliyev də öz açıq fikirlərini söyləyib. O bildirdi ki, bizim bu qədər informasiya hücumuna məruz qalmağımızın səbəbi, ölkəmizin mövqeyi və Cənubi Qafqazda baş verən hadisələrdir. Son dövrlərdə dezinformasiyaların artımının bir çox səbəbi ondan ibarətdir ki, Azərbaycan Cənubi Qafqazda situasiyanı öz əlinı alıb. Bu region indiyənə kimi güc mərkəzlərinin nəzarətində idisə, indi Azərbaycan artıq burada lider dövlətə çevrilir və bu regiona sülh, sabitlik gətirməklə regionu yeni bir platformaya keçirmək istəyir. Amma bunda maraqlı olmayan xarici mərkəzlər və güclər var. Onlar Azərbaycanın bu haqq işindən yayındırmaq üçün çox ciddi şəkildə dezinformasiyalar yayırlar. Həm ümumi regionda, həm ölkə daxilində informasiya çaşqınlığı yaradıb, bizim haqq işimizə mane olmaq istəyirlər. Amma Azərbaycan artıq qüdrətli və güclü dövlətdir. Azərbaycan ordusu dünyanın ilk 50-liyində yerləşən güclü ordu sıralarındadır. Azərbaycanın dövlət başçısı dünyanın ən informasiyalı və güclü şəxslərindən biridir. Hesab edirəm ki,  Qərb xırda dezinformasiyalar yaymaqla Azərbaycanı öz yolundan döndərə bilməz.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 14:40
07 sentyabr 2024, 13:27
Top