MİQ imtahanında vakant yerlərin sayı AÇIQLANDI

SOSİAL 28 avqust 2024, 12:54
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən 22 093 nəfər vakansiya seçimində iştirak etmək hüququ əldə edib. Müsabiqəyə 10 592 vakant yer təqdim olunub.

Demokrat.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir. 26-28 iyul tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəhid ailəsi üzvləri üçün vakansiya seçimində 39 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 sentyabr 2024, 13:14
Top