Ağstafada 26 yaşlı oğlan dayısı oğlunu qətlə yetirdi — ŞOK TƏFƏRRÜAT

KRİMİNAL 27 avqust 2024, 11:43
Ağstafa rayonunda 1998-ci il təvəllüdlü Əli Əsgərov dayısı oğlu, 2001-ci il təvəllüdlü Çingiz Vəlizadəni öldürüb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 14 dekabr 2021-ci ildə baş verib. Əli həmin gün saat 20 radələrində dayısı oğlu Çingiz ilə telefonda sonuncunun onu aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün çağırması səbəbindən Ağstafa rayonunun Köçəsgər kəndinin içərisindən keçən su kanalının yanına gedib. 

O, Çingiz Vəlizadənin təyin etdiyi görüş yerinə gedərkən üzərində olan bıçağı götürüb  və həmin vaxt əynində olan köynəyinin sol qol hissəsinə salaraq gizlədib. Qeyd olunan yerə, yəni sözügedən kanalın yaxınlığına çatıb. 

Həmin gün saat 20 radələrində Çingiz Vəlizadə ilə onu telefonda söydükdən sonra nömrəsini bloka atdığı üçün mübahisə edib. Əli Çingizi ağır söyüşlərlə təhqir etdiyi üçün sonuncu yumruqla vuraraq dava etməyə başlayıb. Daha sonra dava daha da intensiz şəkil alıb. 

Əli Çingiz Vəlizadəni qəsdən öldürmək məqsədi ilə köynəyinin sol qol hissəsində gizlətdiyi bıçaqla əvvəlcə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vuraraq onu qətlə yetirib. 

Hadisəni törədən Əlinin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əli özünü Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsilə deyil, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamllığa ağır zərər vurma – ehtiyatazıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilib. O, ifadəsində göstərib ki, Ağstafa rayonunun Köçəsgər kəndində anası və atasıyla birlikdə yaşayıb: “Rəsmi qaydada nikah bağlamasa da evliyəm, bir körpə övladım var. Günəmuzd qaydada yaşadığım kənddə və ətraf ərazilərdə 1 günü 10-20 manata fəhləlik edərək ailəmi dolandırmışam. Çingiz doğma dayımoğlu olub. Çingizlə əvvəllər aramızda narazılıq olmasa da, 2021-ci ilin dekabr ayının əvvəli münasibətləri pisləşim. 2021-ci il dekabrın əvvəli dayımoğlu Ədalətin əvəzinə, Ədalət xəstələndiyi üçün Ağstafa rayonunun Qırılı kəndinə su suvarmağa getmişəm. Çingizə də Qırılı kəndində 18 hektar suvarmağa başqa yer olduğunu, istəyirsə həmin torpağı suvara biləcəyimi, ancaq həmin sahəni qismən suvardığıma görə 20 manat pul verilməli olduğunu, uşağım xəstə olduğu üçün bu pula ciddi ehtiyacımın olduğunu bildirdim. Çingiz isə ancaq 10 manat pul verəcəyinə söz verdi. Lakin tərəfimdən qeyd olunan ölçüdə torpaq sahəsi suvarılsa da, Çingiz zəhmət haqqını yerin sahibindən alsa da, mənə vermədi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, səhəri gün Çingiz pulu verməmək üçün bəhanə gətirib, sahəyə gedərək baxdığını, lakin sahənin yaxşı suvarılmadığını deyib: “Təxminən 1 həftə ərzində Çingizdən gördüyüm işin zəhmət haqqını tələb etdim. Lakin Çingiz pul verməyəcəyini dedi. Bu məsələyə görə Çingizlə mübahisə etdim. Ona ağır söz dedim və bir daha məni danışdırmamasını bildirdim. Bundan sonra Çingizin nömrəsini “whatsappda” da bloka atdım. Həmin vaxtdan sonra hadisə baş verən günə qədər Çingiz mənə zəng etməyə çalışsa da, sonuncunun nömrəsini bloka atdığım üçün Çingiz mənimlə danışa bilmədi. Lakin eşitdim ki, aramızda zəhmət haqqının verilməməsinə görə telefonda Çingizi söydüyümə görə, sonuncu məni hər yerdə axtarır. Nömrəsini bloka atmam səbəbindən də Çingiz mənə dəfələrlə cəhd etsə də, zəng edə bilməyib. Hiss etdim ki, aramızda yaranmış sözlü mübahisənin üstündən bir xeyli keçsə də, Çingiz sakitləşmir. Onu söydüyüm üçün mübahisəni davam etdirmək, məni etdiyim hərəkətə görə “sındırmaq” istəyir”. 

Əli deyib ki, bu məqsədlə Çingiz axşam saatlarında, həmkəndlisi və qohumu Nurlanla birlikdə heyvan otardığı vaxt onların birlikdə olduğunu öyrənib, Nurlana zəng edib və telefonda onun zəngini calaşdırmasını Nurlandan tələb edib: “Nurlan Çingizin aqressiv olduğunu bildiyim üçün telefonda bizi calaşdırmadı. Lakin Çingiz mənimlə Nurlanın yenidən telefonda birləşdirməməsini gördüm və bu dəfə Ədalətin vasitəsi ilə telefonda konfrans edərək mənimlə əlaqə saxlamağa çalışdım. Ədalətin telefonunu açdım və Çingiz yenə mənə söyüş söydü. Məni Ağstafa rayonunun Köçəsgər kəndində olan kanalın üstünə mübahisəyə aydınlıq gətirmək üçün çağırdı. Bundan sonra Çingizə heç nə demədim. Eyni zamanda həmin vaxt yeni dünyaya gələn uşağıma ad qoyma üçün molla ilə danışmağım üçün Raufun maşını ilə getmək istədim. Raufa bu barədə demək üçün zəng etdim. Lakin zəng edəndə bu haqda demədim. Sadəcə kanalın üstünə gəlməsini dedim”. 

Əli bildirib ki, daha sonra Rauf gələndən sonra ona molla ilə danışması üçün maşını ilə getmək istəməsi barədə deyəcəyini göstərib: “Lakin ona Çingizgil zəng etdiyi üçün artıq Raufun da gəlmədiyini gördüm. Çingizin çağırdığım yerə, yəni kanalın üstünə Çingizgilin yanına getdim. Raufla molla danışmaq üçün gedə bilmədim. Raufun Çingizlə mənim aramda olan mübahisədən xəbərim olmayıb. Çingizlə öz istifadəmdə olan nömrə ilə danışmadım. Nurlan, Ədalət və Sərxan bu barədə bilərək ondan qabaq Çingizlə mənim aramda dava-dalaş olmasına icazə verməmək üçün onun təyin etdiyi yerə gediblər. Çingiz digər şəxslərin yanında söyüş qoyduğu üçün, işlətdiyi nalayiq ifadəyə görə əsəbiləşdim, evdən çıxanda piyada kanalın üstünə Çingizgilin evinə tərəfə gedən yolayrıcına gəldim. Yolayrıcına çatanda Çingiz, digər dayım oğlanları - Nurlan və Ədalət, eləcə də sinif yoldaşım olan Sərxan kanalla üzbəüz olan qaz borusunun yanında dayanmışdılar. Mən hadisə yerinə çatan kimi birinci Çingiz mənə yumruq atdı. Zərbə sol gicgah nahiyyəmdən dəydi. Mən də Çingizə yumruq atanda onun ayağından tutaraq yerə yıxdım və ardıcıl çoxsaylı zərbələr vurmağa başladım. Həmin vaxt üzərimdə olan bıçağı yarı oturaq vəziyyətdə çıxardaraq Çingizin sol budun arxa hissəsinə bir neçə dəfə zərbə endirdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Nurlan Çingizi ondan aralamağa çalışıb: “Çingizin məndən aralanmadığını gördüm və bir zərbə də atdım. Həmin zərbə Nurlanın sağ əlimə dəydi. Nurlan zərbədən sonra “əlimi qan apardı” deyərək qışqırdı. Çingiz xəsarət aldığını hiss etmədim. Onun artıq sındırdığımı düşündüm və evimizə tərəf getməyə başladım. Təxminən 30-40 metr sonra Çingizə çatdım və gödəkçəmdən tutaraq geri çəkdim. Çingiz də geriyə döndü və yaxamdan tutdu. Yenidən ünvanıma nalayiq ifadə işlətdi. Mənə yumruq atanda Çingizi əlimlə vurmaq istədim. Əlimdə bıçaq olduğunu bilmədən Çingizin sinə nahiyyəsindən bir dəfə vurdum. Bıçağı çıxarandan sonra Çingizin qəfil əllərinin boşaldığını gördüm. Zərbədən sonra Çingiz yerə çökdü. Özüm Çingizin yaxınına gedərək köynəyini qaldırdım və baxdım. Bıçağın ürək tərəfdən dəydini gördüm. Bundan sonra Ədalət gələrək yanıma çatdı. Həmin vaxt Ədalət qışqıraraq Çingizin atası və qardaşını çağırdı. Bıçağı Çingizin atasıgil gəldiyi üçün son zərbəni ona vurduğum yerdən təxminən 5-6 metr məsafədə getdiyi istiqamətdə sağ tərəfdə olan bağa tulladım. Orada heç kimə heç nə demədim. Təxminən 1 saat sonra dayımgilə polislər gəldi, məni Ağstafa Rayon Polis Şöbəsinə apardılar”. 

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əlinin əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.  Əli 13 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib. Həmçinin dövlət ittihamçısı apellyasiya protesti verib. Dövlət ittihamçısı protestində təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə həm təqsirləndirilən şəxsin apellyasiya şikayəti, həm də dövlət ittihamçısının apellyasiya protesti təmin edilməyib. 

Dövlət ittihamçısı kasasiya protesti verib. O, protestində ağırlaşdırıcı halların müəyyən edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsini xahiş edib. 

Ali Məhkəmədə kasasiya protestinə baxan hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, dövlət ittihamçısının kasasiya protesti təmin eidlməyib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 sentyabr 2024, 00:27
11 sentyabr 2024, 22:18
Top