"Əslində insanların daha çox xəstələnməsinə səbəb onların içərisində olan xəstəliyə qarşı olan qorxudur"
Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fatimə Hacıyeva deyib. O bildirib ki, insanların virusa tez yoluxması immunitetdən yox, kütlə psixologiyasından asılıdır:
“Bəzən biz bəzi sözləri deyə bilmirik, danışa bilmirik və bu sözlər boğazımızda gəlib düyümlənir. Bu artıq boğazda udqunmada bir problemə gətirir. Zaman keçdikcə artıq bu aşkara çıxır ki, burada endokrinoloji bir problem var. Hansı ki, vaxtı ilə boğazda sözlər gəlib yığışır və o artıq boğaza ağırlıq çökdürür, bunlar zaman-zaman təbii ki, stress yaradır, əsəb pozuntusu, panikataklara gətirib çıxarır.
Məsələn koronavirus ərəfəsində 2019-20-ci illərdə hər kəs, əlini yumayan belə artıq əlini yumağa başlamışdı. Heç fikirləşmədiyi yerdən mikrob tapacağı fikri halına gəlmişdi. Əslində illərlə bu davam edən bir proses idi. Sadəcə olaraq kütlə psixologiyası artıq bunu sübut eləyirdi ki, artıq burada mikroblar var, əlimizi təmiz saxlamalıyıq, hər an bizə mikrob keçə bilər. Bu daha çox koronavirusa yoluxanların sayının artma səbəbində də özünü göstərdi. İnsanın ciyərində heç bir problem yoxdur, sağlığında da, təzyiq normaldır, ürək, arterial hər şey qaydasındadır. Sadəcə olaraq artıq qorxu yarandığına görə, hər yerdən gələcək təhlükəni insan maqnit kimi özünə çəkir. İnsanın immuniteti də, ümumiyyətlə bədəni də, beyin düşüncəsi də hər bir şeyi maqnit kimi özünə çəkməkdə hər an hazır vəziyyətdədir. Sadəcə olaraq onu təşviq edən bəzi hallar yaşanır ki, bu özünü daha tez çəkir. Həmçinin hazırda günümüzdə yayılan aktiv viruslardan biri meymunçiçəyini də nəzərdən qaçırmaq olmaz. Artıq bir az halsızlıq olan kimi ətrafdakılar başlayır ki, havada onsuz da mikrob var, ehtiyatlı olmaq lazımdır. Hər bir mənfi söz insanın şüur altında gətirib bir şübhəyə çıxardır və bu şübhələr də üst-üstə yığıldıqda artıq olmayacaq bir şeydən bir varlıq ortaya qoyulur bunun da nəticəsində insanlar xəstəliyə yoluxur”.
Mehriban Mirzəzadə
Demokrat.az