İran səfiri Almaniya XİN-ə çağırıldı

DÜNYA 20 avqust 2024, 20:25
İranın Almaniyadakı səfiri İran hökumətinin Tehrandakı səfirlikdəki Alman Dili Tədqiqatları İnstitutunu bağlamaq qərarı ilə əlaqədar Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Demokrat.az
bu barədə TASS məlumat yayıb.

“İran səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılır. İranın təhlükəsizlik orqanlarının Tehrandakı Alman Dili Tədqiqatları İnstitutuna qarşı hərəkətlərini pisləyirik. Buna heç cür haqq qazandırmaq olmaz. Biz İranın yeni hökumətini dərhal tədrisin bərpasına icazə verməyə çağırırıq”, - nazirlikdən bildirilib.

Qurumdan bildirilib ki, dil mübadiləsi qarşılıqlı anlaşmanın əsasını təşkil edir.


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top