Putindən ŞOK QƏRAR: Bu ailəyə...

DÜNYA 20 avqust 2024, 17:58
Rusiya Prokurorluğu amerikalı kino ulduzu Corc Kluni və həyat yoldaşı, insan haqları üzrə vəkil Amal Kluni tərəfindən yaradılan fondun fəaliyyətinin qadağan edildiyini açıqlayıb.

Demokrat.az NTV-yə istinadən xəbər verir ki, ABŞ-da yerləşən qeyri-kommersiya Kluni Ədalət Fondu Moskvanı gözdən salmağa yönəlmiş “Hollivud miqyaslı” fəaliyyətlər həyata keçirdiyi üçün Rusiyada “arzuolunmaz təşkilat” elan edilib.

Rusiya Baş Prokurorluğu tərəfindən “Rusiya Baş Prokurorluğu Hollivud fəallarının aktyorluq istedadını yüksək qiymətləndirir” başlıqlı bəyanat dərc edilib.

“Rusiyanı gözdən salmaq üçün geniş səylər həyata keçirilir, o, yalançı vətənpərvərləri və qadağan olunmuş terrorçu, ekstremist qrupların üzvlərini fəal şəkildə dəstəkləyir”, - bəyanatda deyilir.

Qeyd edək ki, iyulda Kluni Fondu bir neçə qeyri-hökumət təşkilatı ilə birlikdə Rusiyanı 2022-ci ildə Vinnitsa raket hücumunda həlak olan ukraynalıların hüquqlarını pozmaqda ittiham edərək BMT-nin İnsan Haqları Komitəsinə iddia qaldırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 sentyabr 2024, 13:14
Top