Bu ölkədə meymunçiçəyinə ilk yoluxma qeydə alındı

DÜNYA 16 avqust 2024, 12:17
Pakistanda meymunçiçəyi virusunun yeni versiyasına ilk yoluxma qeydə alınıb.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Hayber Paxtunxva əyalətinin səhiyyə departamentindən məlumat verilib. 

Məlumata görə, BƏƏ-dən gələn üç şəxsdə virus aşkarlanıb.

Qeyd edək ki, Afrika İttifaqının Səhiyyə Xidməti mpox (meymunçiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun çiçəyi xəstəliyinin yayılmasını fövqəladə hal adlandırıb. ÜST-ün son məlumatlarına görə, dünyada meymun çiçəyi xəstəliyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109 ölkə təsdiqləyib.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sentyabr 2024, 10:34
Top