Devalvasiya gözlənilir? — XƏBƏRDARLIQ

İQTİSADİ 08 avqust 2024, 20:40
Xəbər verdiyimiz kimi, Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin iyul ayı ərzində 826,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Satılan valyuta məbləği iyun ayı ilə müqayisədə 420,7 milyon ABŞ dolları və ya 51% artıb.

İqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda bu ilin sonuna qədər devalvasiya ehtimalı çox aşağıdır:



“Eyni zamanda da bu məsələ Mərkəzi Bankdan asılıdır. Ancaq tədiyyə balansına, inflyasiya proqnozlarına baxsaq, hökumətin planlarını nəzərə alsaq devalvasiya gözləntisi zəifdir. 2025-ci ildə isə vəziyyət dəyişə bilər. Bu, hökumətin büdcə planlarından və enerji resurslarının qiymətindən asılı olacaq. COP29, Qarabağda gedən sürətli bərpa-quruculuq işləri çərçivəsində sərf olunan məbləğlər artıb. Müdafiə gücünün artırılmasına da xeyli vəsait xərclənir. Kənd təsərrüfatında idxal da artıb. Neftin qiyməti hələ ki ölkə üçün konfortludur. Ona görə də ilin sonuna qədər ölkədə devalvasiya olacağını düşünmürəm”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 noyabr 2024, 12:47
21 noyabr 2024, 12:30
Top