ABM "Kredit Evi"ndə yoxlama apardı - 50 min manat cərimə edildi

İQTİSADİYYAT 07 avqust 2024, 19:19
Azərbaycan Mərkəzi Bankı (ABM) tərəfindən "Kredit Evi" (Lombard şirkəti) Açıq Səhimdar Cəmiyətində planlı-tematik yoxlama aparılıb.

Demokrat.az
"Qaynarinfo"ya istinadən xəbər verir ki, 2021-2024-cü illəri əhatə edən yoxlama zamanı lombard şirkətində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilib.

"Kredit Evi"nin rəhbərliyi barəsində 598.1.1, 598.1.2 və 598.4-cü maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmədə iclasında Mərkəzi Bankının nümayəndəsi protokolu müdafiə edərək lombard şirkəti tərəfindən 5 müştəriyə münasibətdə qanunvericiliyin tələbləri pozulması faktını təsdiq edib. Bildirib ki, müştərilər barəsində müvafiq sənədlər əldə edilməyib, müştərilərin fəaliyyəti, onların gəlirlərinin mənbəyi araşdırılmayıb, bu əməliyyatlarla bağlı təhlil hesabatları hazırlanmayıb. Eyni zamanda, lombard şirkəti tərəfindən həmin müştərilərlə 6 əməliyyat həyata keçirilib.

Məhkəməninm qərarı ilə, "Kredit Evi" ASC rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.4-cü maddələri üzrə təqsirli bilinib, hər bir müştəriyə və əməliyyata görə cərimə cəzası təyin olunub və həmin Məcəllənin 34.4-cü maddəsi nəzərə alınmaqla 50.000 manat məbləğində cərimə edilib.

Xatıraladaq ki, "Kredit Evi" MMC 15.03.2017 tarixində dövlət qeydiyyatına alınıb. 05.07.2019 -cu ildən etibarən hüquqi statusunu dəyişərək "Kredit Evi" QSC, 07.09.2023-cü ildən isə "Kredit Evi" ASC çevirilib. Şirkətin qanuni təmsilçisi, baş direktoru Bağırov Elşad Ramazan oğludur. 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 sentyabr 2024, 00:27
11 sentyabr 2024, 22:18
Top