Məni bu ada layiq bilən bütün kino təşkilatlarına, idarələrinə, şəxslərə, Mədəniyyət Nazirliyinə və ən əsası da cənab Prezident İlham Əliyevə təşəkkür edirəm.
Bu sözləri Demokrat.az-a açıqlamasında rejissor Rövşən İsax deyib.
"Həyatımı incəsənətə, teatra və daha çox kinoya həsr etmişəm. Bu günə qədər necə çalışmışamsa, bundan sonra da vicdanla işləməyə çalışacam. Bir daha məni bu ada layiq bilən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Mənim üçün bu çox gözlənilməz oldu”.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan kino işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir neçə kino işçisi, o cümlədən rejissor Rövşən İsax “Tərəqqi” medalı ilə təltif edilib.

Mehriban Mirzəzadə