Bir zamanlar hit-paradlarda birinci olan mahnıları ilə həm Türkiyədə, həm də Azərbaycanda tanınan Türkiyəli müğənni Yusuf Güney iyulun 27-si Bakıda Dədə Qorqud parkında sevənləri ilə görüşüb. Karyerasının zirvəsində bir səssizlik yaşayan və daha sonra astral səyahət mövzuları ilə gündəmə gələn müğənni açıq havada təşkil etdiyi görüşdə hər kəsi maraqlandıran sualları cavablandırıb.
Yusuf Güney baş tutan görüş haqqında təəssuratlarını Demokrat.az ilə bölüşüb.
Yusuf Güney bildirib ki, görüşün əsas məqsədi insanların şüurlarının açılmasına və frekanslarının yüksəlməsinə xidmət edir:
“Bakıda belə bir görüşün keçirilməsinin səbəbi odur ki, Bakı həqiqətən də bu məsələlərdə üçüncü gözünü, şüurunu açıb və bəzi şeyləri anlamağa, sorğu-sual etməyə çalışan bir topluma çevrilib. Bu gözəl və sevindirici bir haldır. Təbii ki, bununla bağlı insanlara çatdırmaq istədiklərimizi belə məclislərlə, bu tərz bir yerə yığılaraq müzakirə edirik. Müəyyən dövrlərdə, yenə imkan olduqca, belə toplantılar olacaq. Bu gün danışdıqlarımız insanlarımızın şüurlarının açılmasına və frekanslarının yüksəlməsinə xidmət edir. İnsanları gələcəkdə baş verə biləcək hadisələrə qarşı yüksək səviyyədə maarifləndirmək lazımdır. Maarifləndikdən sonra etməli olduqları işləri maddə-maddə sadaladıq. Onlar sağlamlıqlarına çox diqqət yetirməli, həyatları ilə bağlı maddi azadlıqlarına nəzarət etməlidirlər.
Ümumiyyətlə, çətin zamanlar gəlmədən o günlərə hazırlıqlı olmalıyıq. Çünki çox təəssüf ki, "Covid"lə başlayan bu pandemiya prosesi davam edəcək. Olmayacaq müəyyən şeylər, bəzi pandemiyalar tezliklə təkrar gələ bilər. Bu problemləri yenidən yaşayacağıq. Buna görə də insanlar hazır olmalıdır. Bu mənim yeganə məqsədimdir. Bura gəlməkdə və bunu etməkdə məqsədim də budur. Yəni bu, ən böyük hədəflərdən biridir. Amma bu dəfəki görüşün əsas məqsədi odur ki, hər kəs pul ödəyib konsertlərə, konfranslara gedə bilmir. Onlarla vaxtaşırı təbiət qoynunda belə görüşlər keçirmək istəyərəm. Çox xoş bir qarşılama oldu. Ona görə də mən “Dədə Qorqud”da belə bir görüş təşkil etdim”.
Bir müddətdir sənətdən uzaqlaşan Yusuf Güneyin artıq bir missiyasının olduğu və bundan sonra müğənni kimi fəaliyyət göstərməyəcəyi deyilir. Bu barədə suala cavab olaraq Yusuf Güney səhnə fəaliyyətinə davam edəcəyini vurğulayıb:
“Sadəcə özümü tərbiyə etdim. Bu şüura sahib olmaq üçün kənara çəkilməliyəm. Əvvəlcə özünü çəkilməlisən, mahiyyətinə varmalısan. Mən öz mahiyyətimə vardım. Çox qurban verməli oldum. Amma bu axşam gördük. Bu qədər insanın gəlib hörmət və maraq göstərməsi çox gözəl haldır. Mənim üçün önəmli olan budur. Yoxsa bu gün insanlar istər müğənnilər, ulduzlar olsun, istərsə də sadə insanlar müxtəlif cəfəngiyyatlarla, axmaq şeylərlə gündəmə gəlirlər. Düzdü, bəzi insanlar gözəl şeylərlə gündəmdədir. Mən ən başdan gözəl şeylərlə tanındım. Hazırda hesab edirəm ki, bu qədər insanın bir araya gəlməsi və hamımızın razılaşaraq bir yerə toplanması qeyri-adi bir vəziyyətdir. Bunun davamı gələcək.
Mən oxumağı dayandırmamışam. Hətta bu gün məşhur müğənni Ayaz Babayevlə çox gözəl bir mahnıya duet də oxuduq. Gözəl bir mahnıdır. Çox bəyənəcəksiniz. Musiqiyə davam edirəm. Başqa musiqilərin də üzərində işləyirəm. Meditasiya musiqisi ilə məşğulam. Sadəcə, mən artıq əvvəlki kimi deyiləm. Dəyişmişəm. Mənim bu həyatda artıq bir missiyam var və bu missiyamı davam etdirəcəm”.
Əfsanə Rəcəb
Demokrat.az