Şimşək çaxıb, arabir yağış yağıb — FAKTİKİ HAVA

SOSİAL 26 iyul 2024, 16:38
İyulun 26-sı saat 16:00-a olan məlumata görə Xaçmaz, Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Altıağac, Şahdağ, Qrız, Qusar (Laza), Quba, Qəbələ, Naftalan, Goranboy, Ceyrançöl, Tovuz, Tərtər, Gəncə, Ağstafa, Ceyrançöl, Ağdam, Göygöl, Bərdə, Şəmkir, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Biləsuvar, Lənkəranda şimşək çaxıb, arabir yağış yağıb.

Bu barədə Demokrat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Lerik, Qrız, Balakən, Şəki, Göygöl, Daşkəsəndə duman müşahidə olunur.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 33, Aran rayonlarında 30, dağlıq rayonlarda isə 22 dərəcəyədək isti qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top