Ermənistan Hindistan silahının ən böyük alıcısına çevrilib. Bunu Hindistan Maliyyə Nazirliyinin parlamentə təqdim etdiyi iqtisadi hesabat da sübut edir. Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, İrəvanın 2024-2025-ci maliyyə illəri üçün Dehlidən silah və hərbi texnika almasına dair imzaladığı müqavilələrin həcmi 600 milyon dollara çatıb.
Bəs Yeni Dehlinin İrəvanı silahlandırması nə ilə bağlıdır?
Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Demokrat.az-a açıqlamasında danışıb.
Onun sözlərinə görə, əgər artıq Ermənistanın silahlandırılması bu həddə baş verirsə, onda belə çıxır ki, Hindistanın cəlb olunduğu və Ermənistanın birgə iştirak etdiyi Qafqaz müharibəsinə hazırlıq gedir.
Əziz Əlibəyli qeyd edib ki, Qafqazda Hindistan-Pakistan qarşıdurmasına Ermənistanın səbəb olmasının məntiqi nəticəsi elə onların özü üçün çox ağrılı olacaq:
“Bir neçə gün öncə informasiya yayıldı ki, Hindistan Maliyyə Nazirliyi Ermənistana təxminən 600 milyon dollar dəyərində silah satıldığını açıqlayıb. Bu informasiyanın təhlili ondan xəbər verir ki, Ermənistan Fransa və Hindistandan silahlar əldə edirsə demək, qarşıdurmaya hazırlaşır. Ermənistan baş naziri sülh danışıqlarını yubadır, sülh çərçivəsində görüşlərdən qaçır. Bunun bariz nümunəsinin Londan görüşündə şahidi olduq.
Bunun yaxın müddət əvvəl Prezident İlham Əliyevin Pakistana səfərində sonra yaşanması düşünməyə əsas verir ki, düşmən tərəfi adekvat cavab vermək niyyət güddür. Qafqazda Ermənistanın Hindistan-Pakistan qarşıdurmasına səbəb olması elə onun özünə zərər verəcək. Yəni, doğrudanmı Ermənistanda elə ümid edirlər ki, Hindistanın daxil olduğu hərbi müttəfiqlik, dəstək onların revanş olunmasına səbəb olacaq?
Məncə bu dəfə Emənistan üçün ağrılı nəticələri heç bir halda ortadan qaldırmaq mümkün olmayacaq”.
Əfsanə Rəcəb
Demokrat.az