"Bavariya"dan 19 yaşlı futbolçu üçün fantastik təklif

İDMAN 23 iyul 2024, 17:17
Almaniyanın "Bavariya" klubu Fransa təmsilçisi "Renn"in 19 yaşlı yetirməsi Dezir Dueni heyətinə qatmaq üçün yüksək məbləğ təklif edib.

Demokrat.az "L'Equipe"ə istinadən xəbər verir ki, Münhen klubu bu transfer üçün 55 milyon avro, həmçinin əlavə bonuslar verməyə hazırdır.

Reallaşacağı təqdirdə bu, Almaniya klubunun bütün zamanlarda ən bahalı 4-cü transferi olacaq. Münhen təmsilçisi bundan əvvəl Maykl Olis üçün İngiltərənin "Kristal Pelas" klubuna 53 milyon avro ödəyib.

Qeyd edək ki, D.Due son mövsümdə "Renn" klubunun heyətində meydana çıxdığı 31 oyunda 4 qolla yadda qalıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 10:31
12 iyul 2025, 10:26
Top