Yayda spirtli içki içmək niyə təhlükəlidir?

MARAQLI 20 iyul 2024, 14:40
İstidə susuzluğunuzu spirtlə yatırsanız, ürəyinizə güc düşəcək.

Demokrat.az
medicina.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Milli Elmi Narkologiya Mərkəzinin direktoru professor Tatyana Klimenko xəbərdarlıq edib.

O bildirib ki, alkoqol və istiliyin birləşməsi kapilyarların genişlənməsinə, kapilyar şəbəkənin qanla dolmasına və nəticədə qan təzyiqinin azalmasına səbəb olur:

"Buna görə də, içki içdikdən sonra insan zəiflik, süstlük, yuxululuq hiss edir".
Professor bununla bağlı ikinci riskin həm istiliyin, həm də spirtin bədəndə maye itkisini sürətləndirməsi ilə bağlı olduğunu deyib:
Ətraflı

"Eyni zamanda, bədən təkcə suyu deyil, həm də duzları və mikroelementləri itirir ki, bu da ürək-damar sisteminə yükü artırır".

Professor isti havalarda maye itkisinin qarşısını almaq üçün, az miqdarda (100 ml), ancaq tez-tez su içməyi məhləhət görüb. O, suyun otaq temperaturunda olmasını tövsiyə edib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top