“Sumqayıt” – “Fehervar” görüşünü albaniyalı hakim idarə edəcək

İDMAN 19 iyul 2024, 17:57
UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Sumqayıt” – “Fehervar” (Macarıstan) görüşünü albaniyalı hakimlər briqadası idarə edəcək.

Demokrat.az xəbər verir ki, baş hakim Florian Lataya yan xətt hakimləri Xulio Mani və Reydi Zaimi kömək edəcək.

Kreşnik Çyapi isə dördüncü hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Fehervar” matçı iyulun 25-i, saat 20:00-da start götürəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top