Siyavuş Novruzov seçkiyə rəqibsiz gedir

SİYASƏT 19 iyul 2024, 17:30
Xəbər verdiyimiz kimi, YAP 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 2 saylı Şərur-Kəngərli seçki dairəsindən Siyavuş Novruzovun namizədliyini irəli sürüb. 

Demokrat.az
Bizim.Media-ya istinadən xəbər verir ki, hal-hazırda Siyavuş Novruzovun namizədliyinin irəli sürüldüyü dairədə rəqibi yoxdur. 

Məsələni dəqiqləşdirmək üçün VI çağırış deputatının özüylə əlaqə saxladıq. 

Siyavuş Novruzov açıqlamasında yayılan informasiyalar haqqında məlumatının olmadığını vurğulayıb: 

“Bunun məsələyə heç bir aidiyyəti yoxdur. Rəqibim niyə yoxdur ki?! İstənilən vətəndaş namizədliyini irəli sürsə, rəqib olacaq. Hal-hazırda rəqibimin olub-olmaması ilə bağlı məlumatım yoxdur”, deyə o, bildirib. 

Bu dəyişikliyin seçkilərdə onun səs toplamasına təsir edib-etməyəcəyi ilə bağlı sualımıza isə Siyavuş Novruzov cavab verməkdən yayınıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 oktyabr 2024, 11:20
Top