Bakının Xətai rayonunda 2005-ci il təvəllüdlü Fərid Əhmədli şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı, 2004-cü il təvəllüdlü Nemət Həsənovu öldürüb, Orxan Hüseynov və Xalid Nəbiyevə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Fərid 18 dekabr 2022-ci ildə, saat 23 radələrində tanışıŞ 2005-ci il təvəllüdlü Orxan Hüseynova zəng edərək onun barəsində aşağılayıcı sözlər danışdığını irad tutub. O, həmin məsələnin görüşüb və aydınlaşdırılmasını bildirib.
Görüş zamanı aralarında yaranmış mübahisə zamanı təhqiredici ifadə işlətdiyinə görə həmin ünvanda tanışı Orxanı özü ilə yaşadığı evin mətbəxindən götürdüyü bıçaqla sağ bud nahiyəsindən bir dəfə vurub.
Bundan sonra münaqişənin davamı olaraq hadisə yerinə gəlmiş tanışları – Nemət və Xalidədin üzərinə gəldiyini görərib. O, qəsdən öldürmək məqsədi ilə bıçaqla Nemətin döş qəfəsinin arxa səthinin sol yarısı nahiyəsindən bir dəfə vurub. Nemət aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) və 128-ci (qəsdən sağlamlığa
zərər vurma) maddələri ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirlən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Orxanla vəvvəllər də aralarında konflikt olub: “18 dekabr 2022-ci ildə dostum Allahverdi mesajyazaraq Orxanın haqqımda nalayiq ifadələr işlətdiyini bildirdiyinə görə ona zəng edərək səhəri gün görüşməyi təklif etdim. Orxan elə həmin gün özü ilə 4-5 nəfər dostunu də götürərək bizim məhəlləyə gəldi. Orxana qumluq adlanan əraziyə getməsini, özümün də ora gələcəyimi bildirdim. Orxangilin sayca bizdən çox olduğunu gördüyümdən mən də Namiq, Nihat və Sahib adlı dostlarımı özü ilə götürərək razılaşdırılmış yerə getdik. Orxanda bıçaq olmasını eşitdiyimə, habelə onun üzərində bıçaq olduğunu gördüyümə görə ehtiyat və müdafiə məqsədilə evdən çıxarkən mətbəxdən bıçaq götürdüm. Orxanla təkbətək danışacağımı bildirərək oraya yığışmış hər kəsdən kənara keçmələrini xahiş etdim. Orxanla təkbətək söhbət edərkən aramızda mübahisə başladı. Orxandan söyüş söyməməsini tələb etməyimə, bununla əlaqədar onu 3 dəfə xəbardarlıq etməyimə baxmayaraq sözlərimə məhəl qoymadığına görə bıçaqla onun bud nahiyəsindən vurdum. Orxanı vurmaqda məqsədim, həmçinin onun gözünü qorxutmaq olub. Bıçaqla Orxanı vurarkən, Orxanın da əlində bıçaq olub. Lakin Orxanın məni vurmağa cəhd etməsi yadımda deyil. Ətrafda heç kəsin məndə bıçaq olmasından xəbəri olmayıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra isə onları aralamağa çalışdığına görə Neməti vurub: “Neməti qəsdən öldürmək niyyətim olmayıb. Mən Neməti də bud nahiyəsindən vurmaq istəmişəm. Lakin Nemət üstümə tullandığına görə bıçaq onun qarın boşluğuna düşüb. Nemət məni vurmaq istəyərkən, Orxanın hansı vəziyyətdə olduğunu isə xatırlamıram. Xalidi də ümumiyyətlə bıçağın dəstəyi ilə vurmuşam. Sonra hər iki tərəfdən gəlmiş dostlar bizi ayırdılar. Hadisə günü bıçağı kənara atdım. Neməti vurduqdan sonra dostlarım ilə birlikdə hadisə yerindən uzaqlaşaraq Memar Əcəmiyə getdim. Xəsarət alan uşaqlar üçün təcili tibbi yardım çağırdıq, xəsarət alan uşaqların sonra hara getdiklərini bilməmişəm. Mən hadisədən 3-4 saat sonra telefonda sosial şəbəkədə Nemətin ölüm xəbərinin paylaşıldığını gördüm. Buna görə polisə gedərək təslim oldum”.
İş üzrə zərərçəkmiş Orxanın sözlərinə görə, dekabrın 18-də, saat 8-9 radələrində Cavid, Nemət, Adil və o bir yerdə olub: “Məhləyə gəldikdən sonra mən evə, Nemət isə Cavidgilə getməli, saat 10-da üçümüz birlikdə mən öz evimdə, Nemət və Cavid isə Cavidgilin evində oyun oynamalı idik. Lakin elə həmin vaxtlarda Fərid mesaj yazaraq özü barəsində mənim tərəfindən xoşagəlməz söz işlətməyimin qulağına çatmasını bildirdi, görüşməyi təklif etdi. Mən də Cavidə zəng edərək bu barədə məlumat verdim və Fəridlə yenidən danışaraq gələcəyimi bildirdim. Mən özüm tək, Cavid və Nemət isə birlikdə Fəridgilin məhləsinə gəldilər. Fərid mənə 10 dəqiqə ərzində çıxacağını və bizə məktəbin yanına getməyimizi təklif etsə də, mən səhər imtahan olduğunu, məktəbin uzaqda yerləşdiyini və uzağa getməyəcəyimizi bildirdim. Məsələnin məhlədə aydınlaşdırılacağımı təkid etdim. Lakin Fərid dediyim ilə razılaşmadı. Biz sağa döndükdə Fərid, Sahib və Nihatla qarşılaşdıq. Fərid özü ilə Sadiq, Nihat, Namiq adlı dostlarını da götürərək bizə “Azpetrol” tərəfə gedəcəyini, bizim də həmin əraziyə getməyimizi bildirdi. Biz qeyd olunan əraziyə getdikdən sonra Fərid və mən bir az kənara keçdik. Mən Fəriddən nə baş verdiyini soruşdum. Fərid Allahverdinin ona mənim söydüyümü deməsini bildirdi. Fəridə Allahverdi ilə bu məsələni dəqiqləşdirilməsini təklif etdim. Allahverdinin nömrəsinə zəng etdikdə, telefona onun anası cavab verərək Allahverdinin yatdığını bildirdi”.
Zərərçəkmiş şəxs qeyd edib ki, daha sonra Fəridin yenidən onu söyüb-söyməməsi barəsində suallarına onun arxasınca söyməyə ehtiyacının olmadığını, onu söymək istəyəcəyi təqdirdə bunu onun üzünə edə biləcəyi məzmunda cavab verib: “Fəridin mənimlə yüksəs səs tonu ilə danışmasına irad bildirdim. Fərid mənə yaxşı etdiyini dedi, bıçaqla mənə zərbə endirdi. Mən hündürdə olduğum üçün Fəridin yetirdiyi bıçaq zərbəsi ayağıma istiqamətləndi. Fəridin bıçağı necə və haradan çıxardığını görməmişəm. Mən Fəridin əlində qaraltı gördükdən sonra çox keçmədən, bıçaqla mənə zərbə endirdi. Fəridin məni bıçaqla vurduğunu ayağımdan axan qanı gördükdən sonra başa düşdüm. Məni vurduqdan 3-4 saniyə sonra Nemət bizi ayırmaq, bıçağı Fəridin əlindən almaq məqsədilə yaxınlaşdıqda bir bıçaq zərbəsini də Nemətin bel hissəsindən endirdi. Nemət yıxıldıqdan sonra Xalid oraya gəldi. Xalid gəldiyi üçün isə Fərid Nemətə ikinci bıçağı vura bilmədi. Xalid Fəridin əlindən bıçağı almaq istədi. Bu zaman bıçağın arxa hissəsi ilə Xalidin başına zərbə endirdi. Bu zərbədən sonra Xalid özünü itirərək yerə yıxıldı. Fərid bıçaqla məni və Neməti vurduqdan, Xalidə bıçağın arxa hissəsi ilə zərbə endirdikdən sonra əli ilə bizim hamızın üzərinə gəlməyi üçün işarə etdi. Bu məqamda Cavidin müdaxiləsi ilə Fəridin əlindəki bıçaq yerə düşdü. Bıçaq yerə düşəndən sonra onu heç kim götürmədi və aqibəti barəsində hər hansı məlumatım yoxdur. Fəridin də bıçağı yerdən götürmək şansı az olub. Çünki hava həm qaranlıq olub, bıçaq isə otluq əraziyə düşüb. Mən Neməti, Cavid isə Xalidi apardı. Bu zaman Fərid əlində kubiklə gələrək Nemətin başına zərbə endirmək istədi. Fəridlə gələn şəxslərdən yalnız Nihat qalaraq bizə köməklik göstərdi. Digərləri isə Namiqin “polis gəlir” sözünü deməsindən sonra qaçdılar”.
Orxanın ifadəsinə görə, daha sonra o Neməti, Cavid isə Xalidi götürərək turba olan hissəyə istiqamətləniblər: “Nemət yanımda olanda sağ olub. Atası gəlib onu oradan maşınla apardı. Nemətin vəziyyəti pis olduğundan təcili yardıma zəng etsək də, hadisə yeri olan ünvanı təsvir edə bilmədik. Buna görə də qardaşıma zəng edərək bizə kömək etməsini istədim.. Daha sonra qonşudan su, parça götürərək, yarasının bağlamağa çalışdıq. Bundan sonra Nihatın atası gələrək Nemət və Xalidi hadisə yerindən apardı. Hadisədən 2-3 həftə sonra təqsirləndirilən şəxsin anası zəng edərək ərizəni geri götürməyim üçün mənə hədə-qorxu gəldi”.
Orxanın sözlərinə görə, martın 1-də, saat 13:20-də təqsirləndirilən şəxs Kürdəxanı təcridxanasından ona zəng edib və nə üçün şikayət etdiyini deyərək hədələyib: “Fərid hətta mənim haqqımda polis əməkdaşlarına yalan məlumat verərək oktyabr ayında onun belinə bıçaqla zərbə endirdiyimi bildirib. Halbuki bu hadisəyə səbəb Allahverdinin Fəridə guya mənim dostlarımın yanında Fəridə qarşı təhqiramiz sözlərdən istifadə etməyimi bildirməsi olub. Həmin şəxslərlə aramızda yaxın münasibət olmayıb. Sadəcə eyni məhlədə yaşamışıq. Orta məktəbdə oxuyan zaman Fəridlə ayrı-ayrı məktəblərdə oxumuşuq. Hadisə yerinə gedən zaman üzərimdə hər hansı bir soyuq silah və digər əşya olmayıb”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərid 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan məhkum edilmiş şəxs apellyasiya şikayəti verib. O, hökmün dəyişdirilməsini, ona daha az cəza təyin edilməsini xahiş edib.
Fəridin şikayəti araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, şikayət təmin edilməyib.
Fariz Məlikli
Demokrat.az