Çin ABŞ ilə nüvə silahı danışıqlarını ləğv etdi

DÜNYA 18 iyul 2024, 23:07
Çin öz ərazisi olduğunu iddia edən və demokratik yolla idarə olunan Tayvana silah satışına cavab olaraq ABŞ ilə silahlara nəzarət və nüvə silahlarının yayılmasına dair danışıqları dayandırıb.

Demokrat.az
xəbər verir ki, qərar çərşənbə günü Çin Xarici İşlər Nazirliyi tərəfindən açıqlanıb. 

Bildirilib ki, Birləşmiş Ştatlar Tayvanın əsas beynəlxalq tərəfdaşı və ən böyük silah təchizatçısıdır.

Nümayəndələr Palatası iyun ayında Çinə qarşı hərbi çəkindirməni gücləndirmək üçün Tayvana 500 milyon dollarlıq xarici hərbi maliyyələşdirməni, həmçinin 2 milyard dollar kredit və kredit zəmanətini təsdiqləyib.

Həmçinin, Birləşmiş Ştatlar Tayvanın F-16 döyüş təyyarələri üçün 300 milyon dollarlıq ehtiyat hissələri müqaviləsini də təsdiq edib. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top