SOCAR və Sloveniya şirkəti arasında Anlaşma Memorandumu imzalandı — FOTO

SƏNAYE VƏ ENERGETİKA 17 iyul 2024, 13:29
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Sloveniyanın ən böyük təbii qaz təchizatı şirkəti “Geoplin” arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Demokrat.az-a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, bu gün SOCAR prezidenti Rövşən Nəcəf Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Sloveniya arasında enerji sektorunda əlaqələrin uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub, təbii qaz təchizatı sahəsində əməkdaşlıq üçün geniş potensialın olduğu vurğulanıb.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top