Bakının Xətai rayonunda 2005-ci il təvəllüdlü Fəqan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı nişanlısı Xumara (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Fəqan şəxsi münasibətlər zəminində nişanlısı Xumar ilə aralarında mübahisə yaranıb. Mübahisə nəticəsində qəsdən bir neçə dəfə əl ilə başına və bədəninin müxtəlif yerlərinə vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Fəqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fəqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Xumar ilə aralarındakı şəxsi münasibətlər zəminində dəfələrlə problem yaşayıb: “Bu hadisəni törədən də fikirləşdim ki, belə etsəm, Xumar ilə aramızdakı problemlər həll olunacaq. Xumar ilə universitetdə tanış olmuşuq. Öz istəyimiz ilə 2023-cü ilin dekabrında nişanlanmışıq. Xumar ilə ailə qurmaq istəyirəm. Xumar yanımda olarkən tamamilə başqa insan kimi davranır, mənə ailəsi tərəfindən təzyiq olunur”.
Təqsirləndirilən şəxs bildirib ki, məhkəməyə təqdim edilmiş fotoşəkillərdəki xəsarətləri Xumara onun tərəfindən yetirilib. O, əməlindən peşmanlıq çəkdiyini, hazırda zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti olmadığını bildirib.
İş üzrə zərərçəkmiş Xumarın sözlərinə görə, hadisə günü Fəqan onların evinə gəlib: “Mənə evi tərk etməyi istədi. Mən isə bunu istəmədim. Lakin Fəqan məni məcbur evdən çıxardı. Daha sonra Fəqanın avtomobilinə əyləşdik. Bu zaman Fəqan avtomobilin qapılarını kilidlədi, avtodayanacağa sürdü. Hadisə də orada baş verdi”.
Zərərçəkmiş qeyd edib ki, Fəqan ilə aralarında anlaşmazlıq yaranıb və hadisənin səbəbi onun Fəqana verdiyi sözə əməl etməməsi olub: “Dostuna yazdığım mesajı ucadan oxumam üçün Fəqan telefonu mənə verdi. Bu zaman Fəqanın atasına zəng etdim. Atası telefon zənginə cavab vermədi. Daha sonra isə Fəqanın anası Gülşən xanıma zəng etdim. Gülşən xanım telefon zəngimi cavabladı. O, nə baş verdiyini başa düşə bilmədi. Daha sonra Fəqan telefonu əlimdən alaraq avtomobildən düşdü. Avtomobilin qapılarının kilidli olması səbəbindən avtomobildən düşə bilmədim. Sürücü tərəfə keçərək qapıları açdım və Gülşən xanıma səslədim. Daha sonra Fəqan avtomobilə əyləşdi və hadisə baş verdi. Hadisə bitəndən sonra avtomobildə söhbət edərək Fəqanı sakitləşməyə çalışdım. Məhəlləyə gəldik, Fəqanı sakitləşdirdikdən sonra evə qalxdım”.
Zərərçəkmiş şəxsin ifadəsinə görə, Fəqan ilə nikaha da öz razılığı ilə girib: “Çünki inandım ki, bir daha belə hallar baş verməyəcəkdir. Məni heç kim məcbur etməyib. Bu hadisədən də əvvəllər mənə xəsarətlər yetirib. Üzümə tüpürüb, başımdan aşağı soyuq su töküb, digər hərəkətlərlə incidib. Fəqanı sevirəm, onunla ailəmi gələcəkdə də davam etdirmək istəyirəm. Hazırda onunla barışmışam. Ona qarşı şikayətim yoxdur”.
İş üzrə şahid qismində ifadə verən zərərçəkmiş Xumarın anası Fərqanənin sözlərinə görə, hadisə baş verən günü evdə olmayıb: “Evə gələndə Xumarın üzündə xəsarətlər olmasını və onun histerika vəziyyətində olmasını gördüm. Xumardan nə baş verməsini soruşdum. Avtomobilin qapısının üzünə çırpıldığını dedi. Daha sonra bacımgilə getdim. Orda olarkən Fəqana mesaj yazaraq Xumara onun xəsarət yetirib-yetirməməsini soruşdum. Fəqan xəsarət yetirdiyini bildirdi. Dərhal evə qayıtdım. Bu zaman Xumar Fəqanın ona xəsarət yetirməsini və bu hadisədən əvvəl dəfələrlə onu döyməsini, təpiklə vurmasını, üzünə tüpürərək o vəziyyətdə saxlamağa məcbur etməsini və digər hərəkətlər etməsini bildirdi. 4 aydır ki, Xumarın ruhi sağlamlığı getdikcə pisləşib, xasiyyəti dəyişib. Fəqan mənə demişdi ki, Xumara hansı səbəbdən xəsarət yetirməsini bilsəm, mənə təşəkkür edəcəkdir”.
Bu cinayət işinə Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Fəqanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az