Bakıda piyada aləmi qatıb qaçdı — VİDEO

HADİSƏ 16 iyul 2024, 16:55
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi piyadalara xəbərdarlıq edib.

Bu barədə Demokrat.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dəfələrlə xəbərdarlıq edilir, onların maariflənməsi məqsədilə tədbirlər görülür, ancaq təəssüflər olsun ki, bəzi piyadalar özlərinin və sürücülərin həyatını heçə sayıb qaydalara əməl etmirlər: "Növbəti belə bir hadisə bu gün səhər saatlarında Yasamal rayonu, Tbilisi prospektində (Respublika Diaqnostika Mərkəzinin qarşısında) baş verib. Yaxınlıqda yerüstü piyada keçidi olmasına baxmayaraq, yolun hərəkət hissəsindən keçən piyadanı avtomobilin sürücüsü son anda vurmaqdan yayınıb, lakin qəza törədib. Nəticədə həm nəqliyyat vasitəsinə ziyan dəyib, həm də yolda sıxlıq yaranıb."

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top