Laçında həyat öz axarında davam edir. Kürütökmə dövrü ilə əlaqədar balıq ovuna qoyulan müvəqqəti qadağa iyulun 1-də sona çatdığından Həkəri çayında da müəyyən qaydalar çərçivəsində həvəskar balıqtutanların sayında artım müşahidə olunur.
Çayda balıq tutmağın həzzini yaşayan Laçın sakinləri öz təəssüratlarını Baku TV ilə bölüşüblər.
"Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin, 32 ildən sonra bizə bu sevinci bəxş ediblər. Laçından, Həkəri çayından balıq tutmağın başqa bir ləzzəti var. Həqiqətən də bu, çox qürurvericidir", - deyə Laçın sakini Alı Hümbətov söyləyib.