“Qarabağ” bu gün iki oyuna çıxacaq

İDMAN 16 iyul 2024, 12:06
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün iki yoxlama görüşü keçirəcək.

Demokrat.az xəbər verir ki, Ağdam təmsilçisi əvvəlcə Xorvatiya “Slaven”i ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Günün ikinci matçında isə Azərbaycan çempionu saat 19:00-da Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şabab” klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Qarabağ” Avstriyada keçirdiyi ilk iki matçda Almaniyanın “Kayzerslautern” klubuna 1:3 hesabı ilə uduzub, Çexiyanın “Viktoriya” (Plzen) komandasını isə 2:1 hesabı ilə məğlub edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top