Tete "Qalatasaray"ı böyük gəlirdən məhrum etdi

İDMAN 15 iyul 2024, 23:42
“Qalatasaray”da gözləntilərə cavab verməyən və komandadan göndərilməsi planlaşdırılan Tete sarı-qırmızılı komandadan ayrılmaq istəmir. 

Demokrat.az
xəbər verir ki, sarı-qırmızılı komanda Braziliya A Seriyasının komandalarından olan "Palmeyras"ın 8 milyon avroluq təklifini qəbul etsə də, 24 yaşlı futbolçu ölkəsinə qayıtmaq istəmədiyi üçün bu transfer baş tutmayıb. 

Cimbomda aldığı maaşa bərabər maaş alacağına baxmayaraq, ayrılmaq istəməyən braziliyalı ulduz karyerasını Avropada davam etdirmək istəyir.

Tetenin bu rəftarı sarı-qırmızılı komandanın xeyli gəlir itirməsinə səbəb olub. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top