Şəhidimiz 32 ildən sonra torpağa tapşırıldı

SOSİAL 15 iyul 2024, 14:30
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Mirzəyev Məmməd Hüseyn oğlunun meyitinin qalıqları Ağdam rayonunda dəfn edilib.

Demokrat.az xəbər verir ki, Quzanlı qəsəbəsində Ağdam Dram Teatrının qarşısında rayon sakinlərinin, şəhidin ailə üzvlərinin, Ağdam Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə vida mərasimi keçirilib.

Vida mərasimindən sonra şəhid Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Məmməd Mirzəyev 1967-ci ildə Ağdam rayonunun Güllücə kəndində anadan olub. O, 1992-cü il fevralın 17-də Xocavəndin Qaradağlı kəndi işğal olunan zaman itkin düşüb.

Şəhidin meyitinin qalıqları Vətən müharibəsindən sonra Qaradağlı kəndi ərazisində aşkar edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 19:27
Top