Region

Türkiyədə qırmızı bülletenlə axtarılan şəxslər saxlanılıb — VİDEO

Türkiyədə qırmızı bülletenlə axtarılan şəxslər saxlanılıb — VİDEO

Türkiyədə Jandarma və Polisin Mardin vilayətinin Dargeçit çölündə həyata keçirdiyi "BOZDOĞAN-50" əməliyyatında 2 terrorçu zərərsizləşdirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkəsində məlumat verib.

Nazirin məlumatına görə, terrorçulardan birinin "2024-cü ilin avqust ayında Daxili İşlər Nazirliyinin Terrorla bağlı Axtarılanlar siyahısı"na qırmızı bülletenlə axtarılan Herekol (K) adlı Taner Öğmen olduğu müəyyən edilib. Digər terrorçunun müəyyənləşdirilməsi işləri davam edir.

NE
Nihadə Eyyubova