“12 iyul 2020-ci ildə Ermənistanın dövlət sərhədində törətdiyi təxribatın konkret məqsədi var idi. İşğalçı ölkə bu avantürası ilə diqqəti Azərbaycanın işğal olunmuş ərazilərindən yayındırmaq, işğalı “oldu-bitdi” kimi qələmə vermək, Azərbaycanın Qərbə çıxışının qarşısını almaq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərini cəlb etmək niyyəti güdürdü. Həmin əraziyə yaxın yerdən Bakı-Tbilisi-Ceyran neft-boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu və digər nəqliyyat-kommunikasiya və enerji xətləri keçirdi”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Musa Qasımlı deyib.
Deputat vurğulayıb ki, Azərbaycan dövləti Ermənistanın bu avantürasına qəti cavab verdi, düşmən yerinə oturduldu, məqsədinə çata bilmədi:
“Yüksək rütbəli zabitlərimiz – general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər əsgər və zabitlərimiz şəhid olsa da düşmənin istəkləri puça çıxdı. Azərbaycan bu qəti addımı ilə göstərdi ki, işğal altında qalan torpaqlarını nə olur-olsun, azad edəcək, düşmənə layiq olduğu cavabı verəcəkdir. Bu hadisədən dərhal sonra insanların küçələrə axışması, xalqın cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin yanında olması mili iradənin göstəricisi idi. Düşmənin geri oturdularaq niyyətlərinin puç edilməsi Azərbaycan dövlətinin əzmini göstərdi və milli ruhu yüksəldərək düşmənə qarşı bir yumruq kimi birləşməkdə mühüm rol oynadı”.
Törə Zeynallı
Demokrat.az