Barselonada etiraz — Turistlərə su tapançasından su çilədilər

DÜNYA 11 iyul 2024, 20:30
İspaniyanın Barselona şəhərində 3 minə yaxın insanın qatıldığı etiraz aksiyası zamanı nümayişçilər restoranda oturan turistlərə su tapançaları ilə su çiləyiblər.

Demokrat.az xəbər verir ki, etirazçılar həddindən artıq turizmə etiraz olaraq küçələrə axışıb. 

Barselona Bələdiyyəsində iqtisadiyyat, maliyyə, iqtisadi təşviq və turizmdən məsul olan mer müavini Jordi Valls X hesabında turistlərə su tapançası çiləmə hərəkətini pisləyib. 

Valls açıqlamasında, "Turizmə qarşı etiraz Barselonanı ziyarət edən insanlara hörmətlə uyğun olmalıdır. Bu məsələ sadə və ya ittihamedici həllər tələb etməyən mürəkkəb və qlobal müzakirədir" deyib. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top