"Çox zaman deyirlər ki, yayda balıq yemək olmaz, ancaq..." — TÖVSİYƏ

GÜNDƏM 11 iyul 2024, 19:51
Yay aylarında insanları narahat edən məsələlərdən biri də düzgün qidalanmadır. 

Nələrə diqqət etməliyik?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən qida mütəxəssisi Ağa Salamov bildirib ki, demək olar bütün qidalardan istifadə məqsədəuyğundur.

O bildirib ki, çox zaman deyirlər ki, balıq yemək olmaz, çünki yay aylarında “r” hərfi yoxdur. “Ancaq bu yalnış fikirdir. Balığı mikrobioloji çirklənməyə məruz qoymadan, yeni halda tükətmək olar. Yetər ki bu dəniz məhsulu yeni və düzgün şəraitdə saxlanılsın. Çünki ən riskli qidalardan biri odur.


Ümumiyyətlə yayda insanlar mineral itki ilə üz-üzə qalır, ona görə də yaxşı olar ki, mövsümi meyvələrə daha çox üstünlük verilsin. Buraya qarpuz, yemiş, gavalı, gilas, albalı kimi meyvələr aiddir. Hətta bu meyvələrdən salatlar da hazırlamaq olar.

Eyni zamanda mövsümi tərəvəzlərlə də qidalanmaq məqsədəuyğundur.  Və bunlardan da müxtəlif salatlar hazırlamaq olar. Ancaq moyonezlə yox, daha çox zeytun yağıyla olması şərtdir. 

Moyonezdən və onla hazırlanmış məhsullardan uzaq durulmalıdır. 

Eyni zamanda, ət məhsulları ilə qidalanmağı da minumuma endirmək lazımdır. Çünki yayda həzm sisteminin, orqanizmin tələbatı fərqlidir. 

Ən əsası da bol mayedən istifadə olunmalıdır. 

İstirahət üçün dəniz kənarı və ya başqa bir yerə gedərkən ət və ət məhsullarını maşının baqajında aparmaq düzgün deyil, çünki mikro-bioloji çirklənməyə məruz qalır. O da qida zəhərlənməsinə səbəb ola bilər.”

Şahanə Xankişiyeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top