Məşhurlar parlament seçkilərində iştirak edəcək? — SORĞU

ŞOU-BİZNES 10 iyul 2024, 18:59
Xəbər verdiyimiz kimi, 1 sentyabr tarixində Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Cəmiyyətin müxtəlif təbəqələrindən olan şəxslər seçkilərdə iştirak etmək üçün namizədliklərini irəli sürmək niyyətindədir. 
 
Bəs görəsən şou-biznes nümayəndələri qarşıdan gələn seçkilərdə iştirak etmək istəyir?
Ətraflı

AZXEBER.COM bununla bağlı şou-biznes nümayəndələri arasında kiçik sorğu keçirib.

Ötən seçkilərdə namizəd kimi iştirak edən əməkar artist Elza Seyidcahan AZXEBER.COM-a açıqlamasında bu dəfəki seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı suala qısa cavab verib: "Mənim üçün dua edin. Əgər siz istəyirsinizsə, göyün 7-ci qatından da namizəd olaram".

Cəmiyyətdə öz çəkisi və hörməti ilə digər həmkarlarından fərqlənən xalq artisti Faiq Ağayev isə suala "Mən müğənniyəm. Bu suala cavab verməyimi istəməyin məndən" deyərək bir növ namizəd olmayacağını təsdiq edib.

Müğənni Manaf Ağayevin Füzuli şəhərindən deputatlığa namizəd olacağı xəbəri yaylısa da o saytımıza açıqlamasında "Deputatlıq çətin peşədir. Mənim bundan başım çıxmır. Mən siyasətə qarışmıram" sözlərini deyib.

Mətbuatda iş xanımı Ruhi Əliyevanın deputatlığa namizədliyini irəli sürəcəyi deyilmişdi. Bununla bağlı açıqlama verən Əliyeva "Əziz dostlar, bir neçə saytın bu günlərdə mənim guya deputat olmaq istəyimlə bağlı yazılar dərc etməsi həqiqəti qətiyyən əks etdirmir" deyərək iddiaları rədd edib.
 
Qeyd edək ki, məşhurlardan kimin deputatllğa namizəd olacağı yaxın günlərdə bəlli olacaq. 
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top