Uşaq xəstəxanasına hücumla bağlı Rusiyadan AÇIQLAMA

DÜNYA 09 iyul 2024, 22:14
Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada Ukraynanın Rusiyanın Kiyevdəki uşaq xəstəxanasını vurması ilə bağlı irəli sürdüyü ittihamları rədd edib.

Demokrat.az
xəbər verir ki, Peskov Rusiyanın mülki strukturları hədəf almadığını ifadə edib. 

Peskov, "Mülki hədəfləri vurmamaqda israr edirik. Hücumlar bu və ya digər şəkildə (Ukrayna rəhbərliyi) rejimin hərbi potensialı ilə bağlı kritik infrastruktur və hərbi obyektləri hədəf alır" deyib. 

Həmçinin, Peskov Kiyevdə raketlə vurulan uşaq xəstəxanası ilə bağlı Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamanı xatırladıb. 

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Kiyevə intensiv raket hücumu nəticəsində uşaq xəstəxanasının zədələndiyini bildirmişdi. 

Rusiya Müdafiə Nazirliyi isə Kiyevdə yayımlanan bir çox fotoşəkil və görüntülərin Ukraynanın müdafiə sistemi raketinin düşməsi nəticəsində baş verdiyini vurğulamışdı. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top