Narkotikin təsiri altında avtomobil sürən şəxs HƏBS EDİLDİ

HADİSƏ 09 iyl 2024, 09:51
Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə etməkdə şübhəli bilinən sürücü həbs olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Demokrat.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı idarə etdiyi VAZ markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydalarını pozan sürücü Elməddin Qasımov saxlanılıb.

Araşdırmalarla sürücünün narkotik vasitənin təsiri altında olduğu və analoji əməli il ərzində ikinci dəfə törətdiyi müəyyən edilib.

E.Qasımov barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən onun sürücülük hüququ 1 il 2 ay müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top