"Qarabağ" bu gün yoxlama oyunu keçirəcək

İDMAN 09 iyl 2024, 09:28
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək.

Demokrat.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv ilk matçında Almaniyanın "Kayzerslautern" komandası ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.

"Köhlən atlar" ikinci görüşdə Çexiyanın "Viktoriya" (Plzen) klubunu sınağa çəkəcək. Bu oyun saat 20:00-da başlayacaq.

"Qarabağ"ın Tirolda 4 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub. Sonrakı rəqiblər hələlik bəlli deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top