“Qarabağ Bəyannaməsinin imzalanması göstərdi ki, türk dünyası həmrəylik istəyir” — Deputat

GÜNDƏM 08 iyul 2024, 18:47
“Şuşada türk dünyasının ən uğurlu Zirvə görüşlərindən biri keçirildi. Şuşa bu gün türk dövlətlərini  vahid güc ətrafında birləşdirən mühüm şəhərə çevrilib”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Deputatın sözlərinə görə, bu gün türk dövlətlərinə yönələn güclər onları bir amal ətrafında birləşməyə sövq edir:

“Türk dövlətləri özlərini müdafiə etməklə yanaşı, ədalətli mövqelərini də ortaya qoyur. Şuşada imzalanan “Qarabağ Bəyannaməsi” göstərdi ki, Mərkəzi Asiyanın türk dövlətləri ilə Cənubi Qafqazdakı Azərbaycan, uzaq Macarıstan və Şimali Kipr Türk Cümhuriyyəti xalqları birlik istəyirlər. Bu dövlətlərlə bağlı zaman-zaman Qərb iddialar irəli sürüb. Kiprin TDT-də təmsil olunmasına bəzi dövlətlər qarşı çıxır, onun dünyada bir dövlət kimi tanınmadığını əsas gətirir. Kipr xalqı öz ərazisi uğrunda mübarizə aparıb, on minlərlə şəhid verib. Macarıstan Ukrayna-Rusiya müharibəsinin gedişatında həm Rusiya ilə, həm Ukrayna ilə danışıqlar aparır. 

Türk dünyasının Şuşada Zirvə görüşü həm də onu göstərdi ki, Azərbaycan bütün dünyada tanınan güclü dövlətdir. Azərbaycan türk dünyasının birliyi üçün əlindən gələni edir. Təsadüfi deyil ki, cənab Prezident növbədənkənar prezident seçkilərində qalib gəldikdən sonra andiçmə mərasimində türk ailəsinin inkişafı ilə bağlı önəmli fikirlər söylədi. Azərbaycan türk dünyasının önündədir, düşünürəm ki, “Qarabağ Bəyannaməsi”nin qəbul olunması bütün türk dövlətlərinin xeyrinə olacaq”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2024, 12:57
Top