"İmtahanının 2-ci cəhdində suallar çətin olub, amma..." — Ballar artacaq?

GÜNDƏM 08 iyul 2024, 13:40
Bazar günü II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə qəbul imtahanları keçirilib. Bəzi abituriyentlər imtahanların asan olduğunu bildirsələr də, əksər abituriyentlər suallarda çətinlik çəkdiklərini deyirlər.

İmtahan suallarının asan, yoxsa çətin olmasına təhsil eksperti aydınlıq gətirib.

Ekspert Rizvan Fikrətoğlu Demokrat.az-a açıqlamasında sualların çətinlik səviyyəsinin 3-cü ixtisas qrupunda daha çox özünü göstərdiyini bildirib:



“Xüsusən də ədəbiyyatda qarışıq tipli suallar diqqət çəkirdi. Azərbaycan dilindən salınmış sualların çətinliyi yüksək olmasa da, vaxt aparan idi. Abituriyentlər daha çox tarix suallarından razı görünürdülər. Ümumilikdə, II cəhd ilk cəhdə nisbətən azca çətin qiymətləndirilə bilər.2-ci qrupdakı fənlərin suallarının çətinliyi l cəhddən kəskin fərqlənmirdi. I cəhdin nəticələrinə əsaslansaq, yüksək bal toplayanların sayı kifayət qədərdir. Bu da onu deməyə əsas verir ki, prestijli universitetlərdə və ixtisaslarda keçid ballarında az da olsa artım gözlənilə bilər”.

Şahanə XANKİŞİYEVA
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2024, 12:57
06 oktyabr 2024, 09:30
Top